Cümə axşamı 02.05.2024

Futzal millimiz Niderlanda qrup lideri kimi yollanır

Futzal millimiz Niderlanda qrup lideri kimi yollanır

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Joze Alesio Da Silvanın çalışdırdığı komanda 3-cü qrupdakı 5-ci sınağında səfərdə Slovakiya yığması ilə qarşılaşıb. Levitse İdman Sarayındakı görüş 1:1 hesabı ilə yekunlaşıb.

Azərbaycan millisi tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. Slovakiya seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb. Bu oyun qrup liderini müəyyənləşdirmək baxımından önəmli idi. Qarşılaşmada millimizə bir xal belə kifayət edirdi. Hesabı meydan sahibləri açsa da, yığma komandamız matçın başa çatmasına 31 saniyə qalmış bərabərlik qolunu vurub.

Bununla da Azərbaycan millisi qrup liderliyini təmin etmiş oldu. Komandamız qrupda son oyununu aprelin 14-də, Bakıda, saat 19:00-da Yunanıstan yığmasına qarşı keçirəcək.

Avropa Çempionatının final mərhələsi Niderlandda təşkil ediləcək.

Avropa çempionatının seçmə mərhələsi

IV tur

3-cü qrup

Slovakiya - Azərbaycan - 1:1
Qollar: Martin Doşa, 14:08 - Qalo, 39:29
Hakimlər: Kirill Naishouler, Arttu Kyynaeraeinen, Martin Matula
Levitsa İdman Sarayı