Cümə 29.03.2024

“Neftçi” yenə xal itirdi, “Sabah” “Səbail”lə heç-heçəyə razılaşdı

“Neftçi” yenə xal itirdi, “Sabah” “Səbail”lə heç-heçəyə razılaşdı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında “Qəbələ” ilə “Neftçi” üz-üzə gəlib. Ötən tur liderliyi əldən verən paytaxt təmsilçisi çətin səfərdə bir xal qazanıb. 4 qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

Günün digər matçında çempionatın iki autsayder komandası - “Sabah” və “Səbail” komandaları qarşılaşıb. Bu oyunda isə qapılar toxunulmaz qalıb.

Turun qalan iki oyunu sabah keçiriləcək. “Zirə” “Keşlə”ni, “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək

Azərbaycan Premyer Liqası, 22-ci tur

10 aprel

“Qəbələ” – “Neftçi” - 2:2
Qollar: C.Adeniyi, 54. Y.Qoxa, 67 - M.Abbasov, 62. E.Mahmudov, 71-pen.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu.

“Sabah” – “Səbail” - 0:0
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Namiq Bəkirov.
Masazır. “Bank Respublika Arena”.