Cümə axşamı 18.04.2024

Zirədə qol vurulmadı, “Qarabağ” vahid lider oldu

Zirədə qol vurulmadı, “Qarabağ” vahid lider oldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulub. İkinci oyun günündə daha iki qarşılaşma keçirilib.

“Zirə” “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib. Oyun qolsuz bitib. Turun son oyununda lider “Qarabağ” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib. 5 qolun qeydə alındığı qarşılaşmada Ağdam klubu 4:1 hesablı qələbəyə sevinib.

İlk oyun günündə "Qəbələ" "Neftçi" ilə 2:2, "Sabah" isə "Səbail" komandası ilə 0:0 hesablı heç-heçə edib.

Azərbaycan Premyer Liqası

XXII tur

“Zirə” – “Keşlə” - 0:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Zirə İdman Kompleksinin stadionu

“Qarabağ” – "Sumqayıt" - 4:1
Qollar: A.Zubir, 45+1; 71. C.Xocaniyazov, 46 (avtoqol), F.Ozobiç, 78 - Ə.Qurbani, 59.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Azersun Arena”