Çərşənbə 24.04.2024

Millimiz hakim səhvinin qurbanı oldu

Millimiz hakim səhvinin qurbanı oldu

Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. E qrupunda yer alan yığmamız səfərdə Macarıstanla üz-üzə gəlib.

Bakıda təşkil olunan ilk görüşdə bu rəqibinə 1:3 hesabı ilə uduzan millimizin iddialı rəqibinə qarşı necə oyun sərgiləyəcəyi maraqla gözlənilirdi.

Matçın taleyini hakim səhvi həll edib. Qarşılaşmaa hesabı meydan sahibləri açıblar. Ancaq yığmamızın əlavə vaxtda vurduğu təmiz qol hesaba alınmayıb. Beləliklə, görüş macarların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

AÇ-2020-nin seçmə mərhələsi

E qrupu

13 oktyabr

Macarıstan – Azərbaycan - 1:0

Qol: M.Korhut, 10.

Baş hakim: Dennis Yohan Hiqler (Hollandiya).

Budapeşt. “Qrupama Arena” stadionu.