Cümə 29.03.2024

Futzal millimiz seçmə mərhələni qələbə ilə başa vurdu

Futzal millimiz seçmə mərhələni qələbə ilə başa vurdu

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib. 3-cü qrupda mübarizə aparan Joze Alesio da Silvanın çalışdırdığı kollektiv doğma meydanda Yunanıstan yığması ilə qarşılaşıb.

Milli komanda beş oyundan sonra 13 xalla qrup liderliyini və final mərhələsinə vəsiqəni təmin etdiyindən, yunanlarla görüş formal xarakter daşıyırdı. Buna baxmayaraq, yığmamız bu oyunda 4 cavabsız qolla qalib gəlib.

AÇ-nin seçmə mərhələsi

3-cü qrup

14 aprel

Azərbaycan – Yunanıstan - 4:0
Qollar: Fineo De Araujo, 02:14, Gousis Panagiotis, 13:10 (ö/q), İsa Atayev, 15:23, Ramiz Çovdarov, 24:03
Hakimlər: Yaroslav Vovçuk, Yevgeni Qordiyenko (hər ikisi Ukrayna).
Bakı İdman Sarayı.