Cümə 29.03.2024

Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi

Avropa Liqasında yarımfinalçılar müəyyənləşdi

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Bütün qarşılaşmalar eyni gündə və eyni saatda başlayıb.

"Arsenal" Çexiyada Praqanın "Slaviya" komandası ilə üz-üzə gəlib. Londondakı qarşılaşmada qələbəni son saniyələrdə əldən vermiş İngiltərə təmsilçisi səfərdə 4 cavabsız qolla qalib gələrək yarımfinala yüksəlib.

“Mançester Yunayted” “Qranada” ilə cavab görüşündə ilk oyunda qazandığı üstünlüyünü qorumağı bacarıb. İngiltərə klubu səfərdə olduğu kimi evdə də 2:0 qələbə qazanıb.

Digər oyunlara gəlincə, “Roma” “Ayaks”ı, "Vilyarreal" Zaqreb "Dinamo"sunu mübarizədən kənarlaşdırıb.

Yarımfinalda “Roma” “Mançester Yunayted”lə, “Arsenal” isə “Vilyarreal”la qarşılaşacaq. İlk oyunlar aprelin 29-da, cavab görüşləri mayın 6-da keçiriləcək.

Yarımfinal qarşılaşmaları 29 aprel - 6 mayda olacaq.

UEFA Avropa Liqası

1/4 final, cavab oyunları

15 aprel

“Roma” (İtaliya) – “Ayaks” (Niderland) - 1:1 (ilk oyun 2:1)
Qollar: Ceko, 72 – Brobbi, 49.

“Mançester Yunayted” (İngiltərə) – “Qranada” (İspaniya) - 2:0 (2:0)
Qollar: Kavani, 6. Valyexo, 90 (avtoqol)

“Slaviya” (Çexiya) – “Arsenal” (İngiltərə) - 0:4 (1:1)
Qollar: Pepe, 18. Lakazette, 21; 77. Saka, 24.

“Vilyarreal” (İspaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:1 (1:0)
Qollar: Alkaser, 36. Moreno, 43 - Orşiç, 74.