Cümə axşamı 28.03.2024

Çempionlar turu: Teymur Rəcəbov liderliyi ələ aldı, Şəhriyar Məmmədyarov 8-cidir

Çempionlar turu: Teymur Rəcəbov liderliyi ələ aldı, Şəhriyar Məmmədyarov 8-cidir

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının növbəti turniri start götürüb.

“New In Chess Classic” adlanan turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edir.

Şahmatçılarımız ilk 5 turda mübarizə aparıblar. T.Rəcəbov birinci və ikinci turlarda müvafiq olaraq Qaveyn Cons (Böyük Britaniya) və Aryan Tariyə (Norveç) qalib gəlib, üçüncü turda Levon Aronyanla (Ermənistan) heç-heçə edib. Dördüncü turda Yohan-Sebastyan Kristiansen (Norveç) üzərində qələbə qazanan şahmatçımız günün son turunda Maqnus Karlsenlə (Norveç) heç-heçə edib. Teymur Rəcəbov 5 turun nəticəsinə görə, 4 xalla turnir cədvəlinin vahid lideridir. A.Firuzca və M.Karlsen 3,5 xalla sonrakı pillələrdə qərarlaşıblar.

Şəhriyar Məmmədyarov isə birinci turda Hikaru Nakamuraya (ABŞ) uduzub, ikinci turda Alireza Firuzcaya (FIDE), daha sonra Yan Kşiştof Dudaya (Polşa) qalib gəlib. Dördüncü turda Rameşbabu Praqqnanandha (Hindistan) ilə heç-heçə edən zəka sahibimiz günün son turunda Uesli Soya (ABŞ) məğlub olub. Nəticədə, Məmmədyarov 2,5 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq.