Cümə axşamı 28.03.2024

"Sabah" - "Neftçi" matçının hakimləri ilə bağlı araşdırma aparılacaq

"Sabah" - "Neftçi" matçının hakimləri ilə bağlı araşdırma aparılacaq

AFFA Hakimlər Komitəsi Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Sabah” – “Neftçi” oyununun hakimlər briqadasının idarəçiliyi ilə əlaqədar araşdırma aparacaq.

Qurumdan verilən məlumata görə, bu proses matçın hakim-inspektorunun təqdim edəcəyi hesabata əsasən (hər oyundan sonra həyata keçirilən prosedura uyğun olaraq) həyata keçiriləcək.

2:2 hesabı ilə başa çatan görüşü Vüqar Həsənlinin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Matçın hakim-inspektoru isə Gülağa Cabbarov olub.