Cümə 29.03.2024

Samir Abasov cəzalandı, Təmkin Xəlilzadə üçün mövsüm bitdi

Samir Abasov cəzalandı, Təmkin Xəlilzadə üçün mövsüm bitdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Azərbaycan Premyer Liqasının XXIV turunun oyunları, ölkə kubokunun ilk yarımfinal matçlarında baş verən qayda pozuntuları müzakirə olunub. Qəbul olunmuş qərarları bunlardır:

Premyer Liqanın XXIV turunun “Keşlə” – “Səbail” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın XXIV turunun “Zirə” – “Sumqayıt” oyununda qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda meydan sahiblərinin 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandırıldığı üçün klub 4800 manat cərimə olunub.

Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda meydan sahiblərinin 4 nömrəli futbolçusu Bəhlul Mustafazadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda meydan sahiblərinin 13 nömrəli futbolçusu Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda meydan sahiblərinin 19 nömrəli futbolçusu Təmkin Xəlilzadə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşarkən hakimi təhqir etdiyi üçün 4 oyun cəzalanıb, klub 3200 manat cərimələnib.

Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda meydan sahiblərinin rəsmi şəxsi Miloş Jevtic barəsində araşdırılma aparılır.

Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda qonaq komandanın 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.

Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda qonaq komandanın baş məşqçisi Samir Abasov oyundan sonra dava-dalaşa təhrik edici hərəkətlər etməsinə, aqressivlik göstərməsinə, mətbuat konfrası zamanı hakimin qərarlarını müzakirə etməsinə və qeyri-etik ifadələr işlətməsinə görə 2 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub.

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Keşlə” – “Zirə” oyununda qonaq komanda stadiona gələrkən gecikdiyi üçün klub 800 manat cərimə olunub.