Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
Mötəbər turnirin ilk finalçısı İngiltərədə bəlli olub. "Mançester Siti" Fransada 2:1 məğlub etdiyi PSJ ilə münasibətlərinə aydınlıq gətirib.
Niderlandlı Byörn Kuypersin idarə etdiyi qarşılaşma Mançester klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da, "şəhərlilər" tarixində ilk dəfə Çempionlar Liqasının finalına yüsəliblər.
Qeyd edək ki, yarımfinalın digər oyununda "Real Madrid" İngiltərədə "Çelsi" ilə üz-üzə gələcək. İlk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
"Mançester Siti" (İngiltərə) - PSJ (Fransa) - 2:0
Qollar: Riyad Mahrez, 11; 63.
İlk oyun - 2:1