Şənbə 20.04.2024

Çempionlar Liqasının finalı Portuqaliyada

Çempionlar Liqasının finalı Portuqaliyada

UEFA bu mövsüm Çempionlar Liqasının final oyunu ilə bağlı yekun qərarını açıqlayıb.

Qurumun saytının verdiyi xəbərə görə, həlledici qarşılaşma koronavirus səbəbindən Türkiyənin İstanbul şəhərindən alınaraq Portuqaliyaya verilib.

Final qarşılaşması mayın 29-da Portu şəhərindəki "Draqau" stadionunda keçiriləcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq və "CBC Sport"la canlı yayımlanacaq.

Finalda İngiltərənin "Mançester Siti" və "Çelsi" komandaları qarşılaşacaq.