Çərşənbə axşamı 16.04.2024

Teymur Rəcəbov finala çıxa bilmədi

Teymur Rəcəbov finala çıxa bilmədi

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 6-cı mərhələsində yarımfinala yekun vurulub. Azərbaycan şahmatçısı Teymur Rəcəbov “The FTX Crypto Cup” mərhələsinin finalına vəsiqə qazana bilməyib.

1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran təmsilçimiz, yarımfinalda Maqnus Karlsenlə qarşılaşıb. Bu rəqibi ilə ilk gündə heç-heçəyə (2:2) razılaşan Teymur, ikinci yarış gününü məğlub başa vurub – 1:3. Beləcə, Rəcəbov yarışın finalına vəsiqə qazana bilməyib.

Digər yarımfinal görüşündə ABŞ təmsilçisi Uesli So rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib – 2:1. So ilk gündə də bu rəqibinə qalib gəldiyinə görə, Karlsenlə birgə finalda oynamaq hüququ qazanıb. Teymur Rəcəbov isə 3-cü yer uğrunda Yan Nemopnyaşi ilə üz-üzə gələcək.

31 mayda başa çatacaq bu turnirin mükafat fondu 220 min ABŞ dollarıdır. Bundan əlavə 100 min dollar məbləğində bitkoin bonus da nəzərdə tutulub.