Cümə axşamı 28.03.2024

AVRO-2020: İngiltərə, Niderland və Avstriya yığmalarından qələbə

AVRO-2020: İngiltərə, Niderland və Avstriya yığmalarından qələbə

Bu gün Avropa çempionatında daha 3 oyun keçirilib. Qarşılaşmaların ikisi C, biri isə D qrupunda təşkil edilib.

Əvvəlcə D qrupu çərçivəsində İngiltərə və Xorvatiya yığmaları üz-üzə gəlib. Qarşılaşmanın taleyini bir qol həll edib. Rahim Sterlinq ingilislərə qələbə qazandırıb.

Günün ikinci matçı C qrupunda Avstriya və Şimali Makedoniya yığmaları arasında keçirilib. 4 qolun vurulduğu görüş avstriyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər oyununda isə Niderland Ukrayna millisini 3:2 məğlub etməyi bacarıb.

AVRO-2020

13 iyun

D qrupu

İngiltərə – Xorvatiya - 1:0
Qol: R.Sterlinq, 57
Baş hakim: Daniele Orsato (İtaliya).
London. “Uembli” stadionu.

C qrupu

Avstriya – Şimali Makedoniya - 3:1
Qol:lar Ş.Layner, 18. M.Qreqoriç, 78. M.Arnautoviç, 89 – Q.Pandev, 28.
Baş hakim: Andreas Ekberq (İsveç).
Buxarest. Milli stadion.

Niderland – Ukrayna - 3:2
Qollar: C.Veynaldum, 52. V.Veqorst, 58. D.Dumfris, 85 – A.Yarmolenko, 75. R.Yaremçuk, 79
Baş hakim: Feliks Brıx (Almaniya).
Amsterdam. Yohan Kroyff Arena.