Çərşənbə 24.04.2024

Türkiyə ikinci oyununda da məğlub oldu, İtaliya 1/8 finalda

Türkiyə ikinci oyununda da məğlub oldu, İtaliya 1/8 finalda

Bu gün AVRO-2020-nin qrup mərhələsində II turun oyunlarına start verilib.

Günün ilk matçı B qrupunda keçirilib. İlk turda Danimarkaya qalib gələrək sensasiyaya imza atan Finlandiya millisi Rusiya yığmasına minimal hesabla uduzub.

Digər iki qarşılaşma A qrupunda olub. Açılış matçında Romada İtaliyaya məğlub olan Türkiyə millisi qrupdakı ikinci görüşünü Bakıda keçirib. "Ay-ulduzlular" Bakı Olimpiya Stadionunda Uels yığması ilə üz-üzə gəlib. 2 qolun vurulduğu görüşdə Türkiyə seçməsi məğlubiyyətlə üzləşib.

A qrupunun digər matçında isə turnirin favoritlərindən İtaliya millisi İsveçrə yığması ilə görüşüb. Romada İsveçrə yığmasına 3:0 hesabı ilə qalib gələn İtaliya millisi pley-offa vəsiqəni təmin edib. Roberto Mançininin çalışdırdığı komanda qrupdakı son oyunun nəticəsindən asılı olmayaraq, növbəti raunda adlayıb.

AVRO-2020, II tur

B qrupu

Finlandiya - Rusiya - 0:1
Qol: A.Mirançuk, 45+2.
Baş hakim: Denni Makkeli (Niderland)
Sankt-Peterburq, "Sankt-Peterburq" stadionu

A qrupu

Türkiyə - Uels - 0:2
Qollar: A.Remzi, 43. K.Roberts, 90+5.
Baş hakim: Artur Diaş (Portuqaliya)
Bakı, Bakı Olimpiya Stadionu

İtaliya - İsveçrə - 3:0
Qollar: Manuel Lokatelli, 26; 52, Çiro İmmobile, 89
Baş hakim: Sergey Karasyov (Rusiya)
Roma, "Olimpiko" stadionu