Avropa çempionatının qrup mərhələsinin III turunda daha 2 oyun keçirilib.
Hər iki qarşılaşma D qrupunda təşkil edilib. 4 xala malik komandalardan Çexiya və İngiltərə "Uembli" stadionunda üz-üzə gəliblər. Komandalara növbəti mərhələyə vəsiqə üçün heç-heçə də kifayət edəcəkdi. Qarşılaşmanın taleyini bir qol həll edib. İngilislər qələbə sayəsində qrup qalibi kimi 1/8 finala yüksəliblər.
Qrupun digər oyununda son dünya çempionatının finalçısı Xorvatiya Şotlandiyanı sınağa çəkib. Xorvatiya bu oyundan inamlı qələbə ilə ayrılmaqla qrup ikinciliyini ələ keçirib. Çexiya isə üçüncü sıraya enib və ən yaxşı qrup üçüncülərindən biri kimi 1/8 finalda oynamaq hüququna sahib olub.
AVRO-2020
D qrupu
III tur
Çexiya - İngiltərə - 0:1
Qol: R.Sterlinq, 12.
Baş hakim: Artur Diaş (Portuqaliya)
London. "Uembli" stadionu
Xorvatiya - Şotlandiya - 3:1
Qollar: N.Vlaşiç, 17. L.Modriç, 62. İ.Perişiç, 77 – K.Makqreqor, 42.
Baş hakim: Fernando Rapallini
Qlazqo. "Hempden Park" stadionu
İngiltərə – 7
Xorvatiya – 4
Çexiya – 4
Şotlandiya – 1