Azərbaycan Premyer Liqasında VIII turun son oyunu keçirilib. "ASCO Arena"da "Səbail" "Sumqayıt"ı qəbul edib.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Bu, "Səbail"in mövsümdə ardıcıl 3-cü məğlubiyyəti olub.
"Sumqayıt" bu qələbə sayəsində xallarını 10-a çatdırıb və "Zirə"ni geridə qoyaraq 5-ci pilləyə yüksəlib.
"Gənclik şəhəri" təmsilçisi eyni xala malik "Səbail"dən yalnız şəxsi göstəricilərdə geri qalır.
Qeyd edək ki, turun ilk 3 oyununda "Qəbələ" "Qarabağ"la, "Keşlə" "Sabah"la heç-heçə edib, "Neftçi" "Zirə"yə böyük hesabla qalib gəlib - 3:0.
Azərbaycan Premyer Liqası
VIII tur
20 oktyabr
“Səbail” – “Sumqayıt” 0:2
Qollar: P.Babayi, 47. E.Cəfərquliyev, 90+4.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov.
“ASCO Arena”.