Cümə 26.04.2024

"Dinamo" - "Neftçi" oyunu "CBC Sport"la canlı yayımlanacaq

"Dinamo" - "Neftçi" oyunu "CBC Sport"la canlı yayımlanacaq

“Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək.

Komandalar arasında ilk oyun iyulun 7-si keçiriləcək. Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da start götürəcək qarşılaşma "CBC Sport"la canlı yayımlanacaq.

Cavab görüşü isə iyulun 14-ü, saat 21:00-da “Bakcell Arena”da keçiriləcək. Bakıdakı matç da "CBC Sport"la canlı yayımlanacaq.