Cümə 29.03.2024

"Qarabağ" - APOEL matçının hakimləri açıqlandı

"Qarabağ" - APOEL matçının hakimləri açıqlandı

UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ" və Kipr APOEL-i arasında keçiriləcək matç üçün bütün təyinatlar açıqlanıb.

Qarşılaşma Slovakiyadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Filip Qlovaya, Frantişek Ferents və Yan Pozor yan xətt, Peter Zimba dördüncü hakim qismində kömək edəcək.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL görüşü saat 20:55-də başlanacaq və "CBC Sport"la canlı yayımlanacaq.