Şənbə 20.04.2024

AVRO-2020: ilk finalçı İtaliya oldu

AVRO-2020: ilk finalçı İtaliya oldu

AVRO-2020-də yarımfinal mərhələsinə start verilib. İlk yarımfinal qarşılaşması İtaliya və İspaniya yığmaları arasında keçirilib.

Londondakı “Uembli” stadionundakı qarşılaşmanın əsas vaxtında tərəflər hərəyə bir dəfə fərqləniblər. Əlavə vaxtda da hesab dəyişmədiyindən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən italiyalılar finala yüksəliblər.

Digər yarımfinal görüşündə İngiltərə və Danimarka yığmaları üz-üzə gələcək.

AVRO-2020, yarımfinal

6 iyul

İtaliya – İspaniya - 1:1 (penaltilər 4:2)
Qollar: F.Kyeza, 60 – A.Morata, 80.
Baş hakim: Feliks Brıx (Almaniya).
London. “Uembli” stadionu.