Cümə 26.04.2024

Cüdoçularımız Avropa Kubokuna 3 medalla başladı

Cüdoçularımız Avropa Kubokuna 3 medalla başladı

Çex Respublikasının Praqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar. Belə ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Qasım Vəlizadə gümüş medala sahib olub. Daha bir təmsilçimiz Rəşad Quluzadə (66 kiloqram) qitə kubokunda 2-ci yeri tutub. Qızların yarışında Nərmin Əmirli (+78 kq) bürünc medala layiq görülüb.

Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 2 gümüş və 1 bürünc medal yazdırıb. Avropa kubokunda 33 ölkədən 383 cüdoçu yarışır.