Cümə 26.04.2024

Konfrans Liqası: "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin rəqibləri müəyyənləşdi

Konfrans Liqası: "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin rəqibləri müəyyənləşdi

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Ölkəmizi yeni turnirdə təmsil edəcək "Qarabağ", "Sumqayıt" və "Keşlə"nin də potensial rəqibləri müəyyənləşib.

II raundda Rusiya "Soçi"si ilə qarşılaşacaq paytaxt təmsilçisi rəqibini mübarizədən kənarlaşdıracağı halda, “Partizan” (Serbiya) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Sumqayıt" "Çukariçki" (Serbiya) səddini aşsa, III raundda “Hammarbü” (İsveç) / “Maribor” (Sloveniya) cütünün qalibi ilə üz-üzə gələcək. "Qarabağ" isə İsrail "Aşdod"u ilə dueldən qalib ayrılacağı təqdirdə, AEL (Kipr) / “Vlaznia” (Albaniya) cütünün qalibi ilə görüşəcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi

"Soçi" (Rusiya) / "Keşlə" (Azərbaycan) cütünün qalibi - “Partizan” (Serbiya) / “Dunayska Streda” (Slovakiya) cütünün qalibi

“Çukariçki” (Serbiya) / “Sumqayıt” (Azərbaycan) - “Hammarbü” (İsveç) / “Maribor” (Sloveniya) cütünün qalibi

AEL (Kipr) / “Vlajnia” (Albaniya) cütünün qalibi - “Qarabağ” (Azərbaycan) / “Aşdod” (İsrail) cütünün qalibi

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları 5 - 12 avqustda olacaq.