Cümə 19.04.2024

Azərbaycan Premyer Liqası: püşkatma mərasiminin vaxtı açıqlandı

Azərbaycan Premyer Liqası: püşkatma mərasiminin vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, mərasim iyulun 30-da AFFA-nın inzibati binasında təşkil ediləcək.

Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü 14 avqustda start götürəcək.