Cümə axşamı 25.04.2024

Tokio-2020: karateçilərimizin rəqibləri bəlli oldu

Tokio-2020: karateçilərimizin rəqibləri bəlli oldu

Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycan karateçilərinin rəqibləri müəyyənləşib.

67 kq çəki dərəcəsində çıxış edən Firdovsi Fərzəliyev A qrupunda Eray Şamdan (Türkiyə), Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) ilə görüşəcək. O, avqustun 5-də yarışacaq.

75 kq çəki dərəcəsində çıxış edən Rafael Ağayev B qrupunda Luici Busa (İtaliya), Noa Biç (Almaniya), Çuneari Yahiro (Avstraliya) və Nurkanat Ajiqanovla (Qazaxıstan) qarşılaşacaq. Ağayev avqustun 6-da mübarizə aparacaq.

61 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan qadın karateçimiz İrina Zaretska avqustun 7-si B qrupunda Məltəm Hocaoğlu (Türkiyə), Sofiya Berultseva (Qazaxıstan), Ayumi Uekusa (Yaponiya) və Silvia Semeraro (İtaliya) ilə üz-üzə gələcək.

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.