"Qarabağ" bu gün UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.
Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşıb. Saat 20:00-da başlayan görüşü estoniyalı FIFA referisi Kristo Tover idarə edib.
Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Bu dəfə oyunun taleyini bir qol həll edib. "Qarabağ" görüşün sonlarında vurduğu qolla mərhələ adlayıb.
"Qarabağ" pley-offda Şotlandiya təmsilçisi "Aberdin"lə üz-üzə gələcək.
UEFA Avropa Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu
"Qarabağ" - AEL (Kipr) - 1:0
Qol: K.Malinovski, 87
Hakimlər: Kristo Tover, Silver Koyv, Step Klaasen, Karl Koppel (Estoniya)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 1:1