Cümə 29.03.2024

"Neftçi" Namik Ələskərov və "Bursaspor"la bağlı hüquqi proseslərə başlayır

"Neftçi" Namik Ələskərov və "Bursaspor"la bağlı hüquqi proseslərə başlayır

"Neftçi" futbolçusu Namik Ələskərovun Türkiyənin "Bursaspor" klubu ilə müqavilə imzalaması ilə bağlı bəyanat yayıb:

"Neftçi” futbolçumuz Namik Ələskərovun “Bursaspor”la rəsmi müqavilə imzalanması ilə bağlı verdiyi elanla artıq tanışdır. Hesab edirik ki, futbolçumuz heç bir əsas olmadan klubu ilə birtərəfli şəkildə müqaviləyə xitam verib. Bunu əsas götürərək, “Neftçi” PFK futbolçusu Namik Ələskərova və müqavilə imzaladığı Türkiyə klubuna qarşı gecikmədən hüquqi proseslərin başlanması ilə əlaqədar vəkillərə tapşırıq verib".