Şənbə 20.04.2024

Voleybol millimiz Rusiya seçməsinə də uduzdu

Voleybol millimiz Rusiya seçməsinə də uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib. Vüqar Əliyevin çalışdırdığı kollektiv A qrupundakı üçüncü sınağında Rusiya yığması ilə qarşılaşıb.

Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış ediblər. Görüş rusiyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimiz A qrupundakı ilk iki oyununda Belçika və Bosniya Herseqovina seçmələrinə 0:3 hesabı ilə uduzub. Xalı olmayan yığmamız sonuncu - 6-cı pillədə qərarlaşıb.

Avropa çempionatı

A qrupu

Azərbaycan - Rusiya - 0:3 (16:25, 17:25, 13:25)