Cümə 19.04.2024

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk medalını qazandı

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk medalını qazandı

Azərbaycan Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarında ilk medalını qazanıb.

Pauerliftiq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov (49 kq) 156 kq ağırlıq qaldıraraq, yarışın bürünc medalını qazanıb:

"Sevincimin həddi, hüdudu yoxdur. Bu, dünənə qədər mənim üçün yuxu kimi idi. Çox sevinirəm ki, Tokioda bayrağımızı ucalda bildim. Məşqçimizlə əziyyət çox əziyyət çəkdik. Şükür Allaha, əziyyətimiz yerdə qalmadı".