Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.
Para-atlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub. O, həmçinin paralimpiya rekordunu da qırıb.
Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.
Beləliklə, Tokio-2020 Yay Paralimpiya Oyunları Azərbaycan idmançıları üçün başa çatıb. Yarışda ölkənin 34 paralimpiyaçısı mübarizə aparıb.
Aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında hazırda 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, yarışa sabah yekun vurulacaq.