Cümə 19.04.2024

Millimiz İrlandiyada qələbəni əldən verdi

Millimiz İrlandiyada qələbəni əldən verdi

Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Canni De Byazinin çalışdırdığı komanda A qrupundakı 4-cü sınağında İrlandiyanın qonağı olub. Dublin şəhərindəki "Aviva" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb və "CBC Sport"la canlı yayımlanıb.

Qarşılaşmada hesabı millimiz açıb. Amma matçın sonlarında rəqib bərabərlik qolunu vuraraq məğlubiyyətdən qaçıb - 1:1.

Qeyd edək ki, 4 oyundan sonra hərəyə bir xalı olan İrlandiya və Azərbaycan yığmaları 4-5-ci yerləri bölüşdürür. Bu qrupun digər oyununda Serbiya evdə Lüksemburqu 4:1 hesabı ilə məğlub edib.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

İrlandiya - Azərbaycan - 1:1
Qollar: Ş.Daffi, 87 – E.Mahmudov, 45+2.
Hakimlər: Jerom Brisar, Benjamen Pejes və Ervan Finjan, Mikael Lezaj (Fransa)
Dublin, "Aviva" stadionu