Çərşənbə axşamı 23.04.2024

Azərbaycan millisi Portuqaliyaya məğlub oldu

Azərbaycan millisi Portuqaliyaya məğlub oldu

Azərbaycan millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Canni De Byazinin çalışdırdığı komanda A qrupundakı 5-ci matçında Portuqaliya yığmasını qəbul edib.

Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşmanı italiyalı FIFA referisi Marko Quida idarə edib.

Azərbaycan millisi oyuna ciddi itkilərlə çıxıb. Maksim Medvedev və Rüstəm Əhmədzadə zədə, Anton Krivotsyuk isə cəza səbəbindən matçı buraxıb. Qonaqlarda isə Kriştianu Ronaldu cəzalı olduğu üçün Bakıya gətirilməyib. Oyuna gəlincə, Portuqaliya millisi 3 cavabsız qolla qələbə qazanıb.

Qrupun digər oyununda Serbiya səfərdə İrlandiya ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

DÇ-2022, seçmə mərhələ

A qrupu

Azərbaycan - Portuqaliya - 0:3
Qollar: B.Silva, 26. A.Silva, 31. D.Jota, 75
Hakimlər: Marko Quida, Filippo Meli, Alessandro Kostanzo, Fabio Mareska (İtaliya)
VAR hakimləri: Marko Di Bello, Çiro Karbone (İtaliya)
Bakı Olimpiya Stadionu.