Çərşənbə 24.04.2024

"Qarabağ" - "Bazel" oyununun stadionu dəyişdirildi

"Qarabağ" - "Bazel" oyununun stadionu dəyişdirildi

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin I turundakı "Qarabağ" - "Bazel" (İsveçrə) oyununun stadionu dəyişdirilib.

Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək.

Matç Bakı Olimpiya Stadionunda oynanılacaq. Buna səbəb Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.

Qeyd edək ki, sentyabrın 16-da keçiriləcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.