Cümə 29.03.2024

"Qarabağ" "Bazel"lə heç-heçə etdi

"Qarabağ" "Bazel"lə heç-heçə etdi

Bu gün “Qarabağ” UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində ilk oyununa çıxıb. Ağdam təmsilçisi Bakı Olimpiya Stadionunda İsveçrənin “Bazel” klubu ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Bakı Olimpiya Stadionundakı matçı 17 mindən çox azarkeş izləyib.

H qrupunun digər oyununda “Kayrat” (Qazaxıstan) “Omoniya”nı (Kipr) qəbul edib. Bu oyunda da qapılara qol vurulmayıb.

Avropa Konfrans Liqası

H qrupu

16 sentyabr

“Qarabağ” – “Bazel” - 0:0
Baş hakim: Erik Lambrexts (Belçika).
Bakı Olimpiya Stadionu.