Cümə axşamı 28.03.2024

Azərbaycan Zaqreb Qran-prisində iki cüdoçu ilə təmsil olunur

Azərbaycan Zaqreb Qran-prisində iki cüdoçu ilə təmsil olunur

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri turniri start götürür.

Azərbaycan nüfuzlu yarışda iki cüdoçu ilə təmsil olunur. 73 kq-da çıxış edən Hidayət Heydərov mübarizəyə 1/16 finaldan başlayacaq. O, bu mərhələdə israilli Yonatan Elbazla üz-üzə gələcək. Bu çəki dərəcəsində görüşlər sabah keçiriləcək.

90 kq çəki dərəcəsində çıxış edən Mehdiyev isə ilk döyüşünü 1/8 finalda Sebastian Oldak (Polşa) - Vitali Şepel (Uklrayna) cütünün qalibinə qarşı keçirəcək. Təmsilçimiz sonuncu yarış günündə tatamiyə çıxacaq.

Qeyd edək ki, Zaqreb Qran-prisi sentyabrın 26-dək davam edəcək.

İlk yarış gününün medal döyüşləri saat 19:00-da "CBC Sport"la canlı yayımlanacaq.