Cümə 29.03.2024

"Neftçi" qalib gəldi, Sumayıtda heç-heçə

"Neftçi" qalib gəldi, Sumayıtda heç-heçə

Bu gün Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. Sonuncu oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçı Masazırda "Sabah" və "Neftçi" komandaları arasında təşkil olunub. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşmada qonaqlar qələbə qazanıblar.

Tura Sumqayıtda yekun vurulub. Şəhərin eyniadlı təmsilçisi "Qəbələ" ilə münasibətlərə aydınlıq gətirib. Oyunda ədaləti FIFA dərəcəli baş hakim Elçin Məsiyev qoruyub. Matç qolsuz bitib.

İlk oyun günündə "Qarabağ" səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə edib, "Səbail" isə evdə "Zirə"yə uduzub.

Azərbaycan Premyer Liqası

V tur

26 sentyabr (bazar)

“Sabah” – “Neftçi” - 1:2
Qollar: A.İsayev, 81 – R.Maçado, 20. M.Kane, 78.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”.

“Sumqayıt” – “Qəbələ” - 0:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”.