Şənbə 20.04.2024

"Qarabağ" "Omoniya"ya 4 qolla qalib gəldi

"Qarabağ" "Omoniya"ya 4 qolla qalib gəldi

"Qarabağ" bu gün UEFA Avropa Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirib. Ağdam klubu II turda Kiprdə "Omoniya"nın qonağı olub.

Nikosiyadakı GSP stadionunda oynanılan matç Bakı vaxtı ilə saat 23:00-da başlayın və "CBC Sport"la canlı yayımlanıb. Görüşü FIFA referisi Bobbi Maddenin rəhbərliyi altında Şotlandiyadan olan hakimlər briqadası idarə edib. 5 qolun qeydə alındığı matçda "Qarabağ" rəqibini məğlub edib.

H qrupunun digər görüşündə "Bazel" "Kayrat"ı qəbul edib. İsveçrə təmsilçisi bu görüşdə 4:2 hesabı ilə qələbə qazanıb.

İki turdan sonra “Qarabağ”la “Bazel” 4 xalla ilk iki pilləni bölüşür. “Kayrat”la “Omoniya”nın isə 1 xalı var.

UEFA Konfrans Liqası

H qrupu

"Omoniya" (Kipr) - "Qarabağ" (Azərbaycan) - 1:4
Qollar: Y.Letsyaks, 40 – K.Malinovski, 52; 90+4. R.Şeydayev, 73. M.Medvedev, 79-pen.
Baş hakim: Bobbi Madden (Şotlandiya)
Nikosiya. GSP stadionu.