Cümə 29.03.2024

İspaniya finalda, İtaliya millisinin uğurlu seriyası bitdi

İspaniya finalda, İtaliya millisinin uğurlu seriyası bitdi

UEFA Millətlər Liqasında final mərhələsinə start verilib. A liqasında qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nda İtaliya, İspaniya, Belçika və Fransa yığmaları mübarizə aparır.

Yarımfinalın ilk oyununda son Avropa çempionu İtaliya İspaniya ilə qarşılaşıb. Milanın "San-Siro" stadionunda keçirilən görüş ispanların qələbəsiylə başa çatıb.

Digər yarımfinal görüşü oktyabrın 7-də Belçika və Fransa yığmaları arasında olacaq. Oktyabrın 10-da isə final və 3-cü yer uğrunda oyunlar keçiriləcək. Bütün matçlar İtaliyada gerçəkləşəcək və "CBC Sport"la canlı yayımlanacaq.

UEFA Millətlər Liqası, final mərhələsi

Yarımfinal

İtaliya - İspaniya - 1:2
Qollar: L.Pelleqrini, 83 - F.Torres, 17; 45+1.
Qırmızı vərəqə: L.Bonuççi, 42.
Hakimlər: Sergey Karasyov, İqor Demeşko, Maksim Qavrilin (Rusiya)
Milan. "San-Siro" stadionu.