Cümə 19.04.2024

Azərbaycan - İrlandiya oyununun hakimləri açıqlandı

Azərbaycan - İrlandiya oyununun hakimləri açıqlandı

Azərbaycan və İrlandiya milli komandaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.

Qarşılaşma Norveçdən olan hakimlər briqadasına həvalə edilib. FIFA referisi Espen Eskasa yan xətt hakimləri Kim Tomas Haqlund və Oystein İtterland köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kay Erik Stin yerinə yetirəcək.

VAR hakimi türkiyəli Abdulkadir Bitigen, onun köməkçisi isə Ali Palabıyık olacaq.

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlanacaq və "CBC Sport"la canlı yayımlanacaq.