Cümə axşamı 25.04.2024

Azərbaycan millisi İrlandiyaya məğlub oldu

Azərbaycan millisi İrlandiyaya məğlub oldu

Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Yığma komandamız A qrupundakı 6-cı matçında İrlandiya seçməsini qəbul edib. Bakı Olimpiya Stadionunda oynanılan qarşılaşma saat 20:00-da başlayıb və "CBC Sport"la canlı yayımlanıb. Görüşü Norveçdən olan FIFA referisi Espen Eskas idarə edib.

Komandalar arasında Dublində keçirilən ilk oyun 1:1 hesabı ilə yekunlaşmışdı. Bakıda oynanılan matç isə irlandiyalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu qrupun digər oyununda Serbiya millisi səfərdə Lüksemburqu 1:0 məğlub edib.

DÇ-2022, seçmə mərhələ, VII tur

A qrupu

Azərbaycan - İrlandiya - 0:3
Qollar: K.Robinson, 7; 39. Ç.Oqbene, 90.
Baş hakim: Espen Eskas (Norveç).
Hakimlər: Espen Eskas, Kim Tomas Haqlund, Oystein İtterland, Kay Erik Stin (Norveç)
Bakı Olimpiya Stadionu.