Cümə 26.04.2024

DÇ-2022: Azərbaycan millisi Serbiyaya məğlub oldu

DÇ-2022: Azərbaycan millisi Serbiyaya məğlub oldu

Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Yığmamız A qrupundakı 7-ci matçında Serbiyanın qonağı olub. Belqraddakı "Rayko Mitiç" stadionunda oynanılan görüşü Belçikadan olan FIFA referisi Erik Lambrexts idarə edib.

Bu komandaların Bakıdakı görüşündə serbiyalılar qalib gəlmişdi - 2:1. Cavab matçında da sevinən tərəf Serbiya yığması olub - 3:1.

Qeyd edək ki, bu qrupun digər matçında Portuqaliya seçməsi evdə Lüksemburqu 5:0 məğlub edib.

DÇ-2022, seçmə mərhələ, VIII tur

A qrupu

Serbiya - Azərbaycan - 3:1
Qollar: D.Vlahoviç, 30-pen; 53. D.Tadiç, 83-pen – E.Mahmudov, 45+2
Hakimlər: Erik Lambrexts, Rien Vanizer, Jo De Vayrdt, Natan Verboomen (Belçika)
Belqrad. "Rayko Mitiç" stadionu