Cümə 26.04.2024

"Keşlə"dən ardıcıl ikinci qələbə, Qəbələdə qalib müəyyənləşmədi

"Keşlə"dən ardıcıl ikinci qələbə, Qəbələdə qalib müəyyənləşmədi

Bu gün Azərbaycan Premyer Liqasında VII tura start verilib. İlk oyun günündə 2 qarşılaşma keçirilib.

Turun açılış matçı "ASCO Arena"da olub. Turnir cədvəlində qonşu pillələrdə qərarlaşan "Səbail" və "Keşlə" komandaları üz-üzə gəliblər. Üç qolun qeydə alındığı görüşdə qonaqlar qələbəyə sevinib.

Günün digər oyunu Qəbələdə yerli komanda ilə "Zirə" arasında olub. Matçda qalib müəyyənləşməyib.

Qeyd edək ki, tura oktyabrın 17-də keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Sabah" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, VII tur

16 oktyabr (şənbə)

“Səbail” – “Keşlə” - 1:2
Qollar: R.Əliyev, 71 – T.Quliyev, 68. A.Abanq, 81.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.

“Qəbələ” – “Zirə” - 1:1
Qollar: Ü.İsgəndərov, 79 – C.Hüseynov, 18.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu.