Şənbə 20.04.2024

“Neftçi” xal itirdi, “Qarabağ” liderliyini möhkəmləndirdi

“Neftçi” xal itirdi, “Qarabağ” liderliyini möhkəmləndirdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun son 2 oyunu keçirilib. Bununla da ölkə çempionatında I dövrəyə yekun vurulub.

Günün ilk matçı Sumqayıtda yerli komanda ilə "Neftçi" arasında olub. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Tura “Bank Respublika Arena”da yekun vurulub. Hazırda turnir cədvəlinə başçılıq edən "Qarabağ" sonuncu pillədə qərarlaşan "Sabah"ın qonağı olub. Ağdam klubu bu qarşılaşmada qalib gələrək liderliyini möhkəmləndirib.

Qeyd edək ki, ilk oyun günündə "Keşlə" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ" - "Zirə" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Azərbaycan Premyer Liqası

VII tur

17 oktyabr (bazar)

“Sumqayıt” – “Neftçi” - 1:1
Qollar: Murad Xaçayev, 50 – Sabir Buqrin, 54
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Kapital Bank Arena”

“Sabah” – “Qarabağ” - 1:2
Qollar: Aleksey İsayev, 65 – Filip Ozobiç, 44. Abdullah Zubir, 51.
Qırmızı vərəqə: Xulio Sezar Rodriqes, 27 ("Sabah")
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 7 5 2 0 13-4 17
2 Neftçi 7 4 2 1 14-8 14
3 Qəbələ 7 3 3 1 12-6 12
4 Zirə 7 3 3 1 9-6 12
5 Sumqayıt 7 2 2 3 5-5 8
6 Keşlə 7 2 1 4 6-11 7
7 Səbail 7 2 0 5 5-15 6
8 Sabah 7 0 1 6 3-12 1