Cümə axşamı 18.04.2024

Avropa çempionatı: futzal millimizin rəqibləri müəyyənləşdi

Avropa çempionatı: futzal millimizin rəqibləri müəyyənləşdi

Bu gün Niderlandın Zeist şəhərində gələn il yanvarın 19-dan fevralın 6-dək bu ölkədə təşkil olunacaq futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

İlk dəfə 16 komandanın iştirakı ilə keçiriləcək qitə birinciliyinin həlledici mərhələsində millimiz D qrupunda yer alıb və Gürcüstan, Bosniya Herseqovina və İspaniya komandaları ilə qarşılaşacaq.

Final mərhələsinə sonuncu vəsiqənin sahibi noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

A qrupu

1. Niderland
2. Belarus//Serbiya
3. Ukrayna
4. Portuqaliya

B qrupu

1. Qazaxıstan
2. İtaliya
3. Sloveniya
4. Finlandiya

C qrupu

1. Rusiya
2. Polşa
3. Slovakiya
4. Xorvatiya

D qrupu

1. Gürcüstan
2. İspaniya
3. Azərbaycan
4. Bosniya Herseqovina

Futzal millimizin Avropa çempionatının final mərhələsindəki qrup oyunlarının təqvimi də bəllidir:

22 yanvar

Gürcüstan – Azərbaycan
İspaniya – Bosniya Herseqovina

26 yanvar

İspaniya – Azərbaycan
Bosniya Herseqovina – Gürcüstan

29 yanvar

Azərbaycan - Bosniya Herseqovina
Gürcüstan - İspaniya