Cümə axşamı 25.04.2024

"Qarabağ" mövsümdə ilk dəfə məğlub oldu

"Qarabağ" mövsümdə ilk dəfə məğlub oldu

Bu gün Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub. Sonuncu oyun günündə "Qarabağ" "Səbail"in qonağı olub.

"ASCO Arena"dakı qarşılaşma saat 19:00-da start götürüb. Dörd qolun qeydə alındığı oyun meydan sahiblərinin gözlənilməz qələbəsiylə yekunlaşıb.

VIII turun digər görüşlərində "Sabah" evdə "Sumqayıt"a 3:0, "Neftçi" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. "Qəbələ" isə səfərdə "Keşlə"ni 3:2 hesabı ilə üstələyib.

Azərbaycan Premyer Liqası, VIII tur

“Səbail” – “Qarabağ” - 3:1
Qollar: N.Raysel, 32. M.Abbasov, 42. T.Manafov, 90+1 – K.Borges, 65.
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASCO Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 8 5 2 1 14-7 17
2 Neftçi 8 5 2 1 16-9 17
3 Qəbələ 8 4 3 1 15-8 15
4 Zirə 8 3 3 2 10-8 12
5 Səbail 8 3 0 5 8-16 9
6 Sumqayıt 8 2 2 4 5-8 8
7 Keşlə 8 2 1 5 8-14 7
8 Sabah 8 1 1 6 6-12 4