Şənbə 20.04.2024

"Araz" Çempionlar Liqasına məğlubiyyətlə başladı

"Araz" Çempionlar Liqasına məğlubiyyətlə başladı

Azərbaycan çempionu “Araz” (Naxçıvan) bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayıb.

B yolunda yer alan Joze Alesio Da Silvanın komandası 6-cı qrupdakı ilk oyununda Ukraynanın “Uraqan” komandası ilə üz-üzə gəlib. İvano-Frankivski şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında keçirilən qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start verilib.

Rizvan Fərzəliyev və İsaq Surğalının zədə, Xətai Bağırovun cəza səbəbindən oynamadığı matçda təmsilçimiz meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.

Bu qrupun digər görüşündə Kosovonun “Liqeni” və Rumıniyanın “Yunayted Qalati” kollektivləri qarşılaşıblar. Həmin oyunda Kosovo təmsilçisi 6:4 hesabıyla üstün olub.

UEFA Çempionlar Liqası, 6-cı qrup

28 oktyabr

"Uraqan" (Ukrayna) – "Araz" (Naxçıvan, Azərbaycan) - 2:1
Qollar: N.Şved, 9:46. A.Farenyuk, 15:04 – R.Çovdarov, 29:29.
Baş hakim: Yosip Barton (Şimali Makedoniya).
İvano-Frankivski. Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.