Çərşənbə axşamı 23.04.2024

"Sumqayıt" 6 oyundan sonra qələbə qazandı, "Qəbələ" uduzdu

"Sumqayıt" 6 oyundan sonra qələbə qazandı, "Qəbələ" uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub. Sonuncu oyun günündə iki qarşılaşma keçirilib.

Günün ilk matçı Qəbələdə baş tutub. Şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edib. Ötən tur mövsümdə ilk qələbəsini qazanan paytaxt təmsilçisi bu oyundan da qalib ayrılıb.

Turun son matçında "Sumqayıt" "Səbail"lə üz-üzə gəlib. "Gənclik şəhəri" təmsilçisi rəqibini 2 cavabsız qolla üstələyib. Bu "Sumqayıt"ın 6 oyundan sonra ilk qalibiyyəti olub.

İlk oyun günündə "Zirə" "Keşlə"ni 2:0, "Qarabağ" isə "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası, IX tur

“Qəbələ” – “Sabah” - 1:3
Qollar: İ.Alimi, 69-pen – C.L.Mikels, 20. T.Fofana, 39. A.İsayev, 63
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

“Sumqayıt” – “Səbail” - 2:0
Qollar: R.Sadıxov, 37. S.Rza, 74.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Kapital Bank Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 9 6 2 1 18-7 20
2 Neftçi 9 5 2 2 16-13 17
3 Qəbələ 9 4 3 2 16-11 15
4 Zirə 9 4 3 2 12-8 15
5 Sumqayıt 9 3 2 4 7-8 11
6 Səbail 9 3 0 6 8-18 9
7 Keşlə 9 2 1 6 8-16 7
8 Sabah 9 2 1 6 9-13 7

Bombardirlər:

Filip Ozobiç ("Qarabağ") - 6 qol
Davit Volkov ("Zirə") - 5 qol
Abdullah Zubir ("Qarabağ") - 4 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 4 qol
İsnik Alimi ("Qəbələ") - 4 qol