Cümə 29.03.2024

Çempionlar Liqası: "Araz-Naxçıvan" sonuncu oyununda heç-heçə etdi

Çempionlar Liqası: "Araz-Naxçıvan" sonuncu oyununda heç-heçə etdi

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.

Qrupdan çıxmaq şanslarını itirən Joze Alesio Da Silvanın çalışdırdığı komanda üçüncü görüşdə Kosovo təmsilçisi "Liqeni" ilə üz-üzə gəlib. İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılan matç heç-heçə ilə başa çatıb - 6:6.

Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Azərbaycan çempionu qrupu 2-ci pillədə başa vurub. Eyni xala malik "Liqeni" isə 3-cü olub. Ukraynanın "Uraqan" komandası isə qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb.

Çempionlar Liqası, əsas mərhələ

B yolu, 6-cı qrup

III tur

"Liqeni" (Kosovo) - "Araz-Naxçıvan" (Azərbaycan) - 6:6
Qollar: Şkipeon Brahimi, 13; 34, Anton Uka, 19, Arber Şkodra, 26, Xorxe Stiven Abril Qarsiya, 36, Yulian Diaz, 40 - İsa Atayev, 7; 25, Felipinyo, 10, Maneka, 10, Ramiz Çovdarov, 12, David Qustavo, 23
Baş hakim: Denis Kutsıy (Ukrayna)
İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.