Cümə 29.03.2024

"Kayrat" - "Qarabağ" oyununun hakimləri açıqlandı

"Kayrat" - "Qarabağ" oyununun hakimləri açıqlandı

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin IV turunda Qazaxıstanda "Kayrat" və "Qarabağ" komandaları arasında keçiriləcək oyuna təyinatlar açıqlanıb.

Matç Moldovadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Dumitri Muntyanın köməkçiləri Andrey Bodyan və Viktor Mardari olacaq.

Dördüncü hakim funksiyasını isə Vyaçeslav Banari yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 4-də Almatı şəhərindəki "Ortalık" stadionunda keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.