Bu gün Azərbaycan Premyer Liqasında X turun növbəti oyunları keçirilib. "Zəfər turu"na iki qarşılaşma ilə yekun vurulub.
Günün ilk matçında "Səbail" "Qəbələ"ni qəbul edib. Bölgə təmsilçisi bu görüşdə 2 cavabsız qolla qələbə qazanaraq turnir cədvəlində ikinci pilləyə yüksəlib.
Tura "Sumqayıt" - "Qarabağ" görüşü ilə yekun vurulub. Ağdam klubu 4:0 qalib gələrək liderliyini bir qədər də möhkəmləndirib.
"Zəfər turu"nun digər görüşlərində "Keşlə" evdə "Neftçi"ni 3:2 hesabı ilə üstələyib. "Sabah" - "Zirə" görüşündə isə heç-heçə qeydə alınıb - 3:3.
Azərbaycan Premyer Liqası
X tur
7 noyabr (bazar)
“Səbail” – “Qəbələ” - 0:2
Qollar: E.Səfərov, 88. M.İsayev, 90+5
Qırmızı vərəqə: Y.Qoxa, 56 (ikinci sarı, "Səbail").
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”
“Sumqayıt” – “Qarabağ” - 0:4
Qollar: R.Şeydayev, 39. M.Qurbanlı, 45+3; 77. M.Medvedev, 51-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Kapital Bank Arena”
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 10 | 7 | 2 | 1 | 22-7 | 23 |
2 | Qəbələ | 10 | 5 | 3 | 2 | 18-11 | 18 |
3 | Neftçi | 10 | 5 | 2 | 3 | 18-16 | 17 |
4 | Zirə | 10 | 4 | 4 | 2 | 15-11 | 16 |
5 | Sumqayıt | 10 | 3 | 2 | 5 | 7-12 | 11 |
6 | Keşlə | 10 | 3 | 1 | 6 | 11-18 | 10 |
7 | Səbail | 10 | 3 | 0 | 7 | 8-20 | 9 |
8 | Sabah | 10 | 2 | 2 | 6 | 12-16 | 8 |
Bombardirlər:
Davit Volkov ("Zirə") - 8 qol
Filip Ozobiç ("Qarabağ") - 6 qol
Abdullah Zubir ("Qarabağ") - 4 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 4 qol
İsnik Alimi ("Qəbələ") - 4 qol
Tiaqo Bezerra ("Neftçi") - 4 qol
Musa Qurbanlı ("Qarabağ") - 4 qol