Çərşənbə axşamı 23.04.2024

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur.

Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması üçün ötən il sentyabrın 27-də əks-hücum əməliyyatlarına başladı.

44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı.

Beləliklə, 2020-ci il dekabrın 3-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyətini nəzərə alaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı sərəncam imzaladı.