Azərbaycan Kubokunda 2021/2022 mövsümünün püşkü atılıb. Tədbir AFFA-nın inzibati binasında baş tutub. Mərasimə Peşəkar Futbol Liqasının rəhbərliyi və klub nümayəndələri qatılıb.
Azərbaycan Kuboku
1/8 final
MOİK - "Qəbələ"
"Keşlə" - "Qaradağ Lökbatan"
"Sabah" - "Kəpəz"
"Zaqatala" - "Səbail"
1/4 final
1. "Zirə" - "Zaqatala" / "Səbail"
2. "Sumqayıt" - MOİK / "Qəbələ"
3. "Qarabağ" - "Keşlə" / "Qaradağ Lökbatan"
4. "Neftçi" - "Sabah" / "Kəpəz"
Yarımfinal
1-ci cütün qalibi - 4-cü cütün qalibi
2-ci cütün qalibi - 3-cü cütün qalibi
FİNAL
Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. 2022-ci ilin 1-2 fevral və 12-13 fevralında 1/4 final, 20 aprel və 29 apreldə yarımfinal görüşləri keçiriləcək. Final oyunu isə 27 mayda təşkil ediləcək.